Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 2020 -ci il üçün elan etdiyi qrant müsabiqəsi çərçivəsində qalib olan “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyi layihəsinin icrasına start verib.
İNPA.AZ xəbər verir ki, Azərbaycan Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə adıçəkilən Qeyri-Hökumət Təşkilatı “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə aid Xocavənd rayonunun Azərbaycanın nəzarətində olan hissəsində yerləşən Nərgiztəpə tarixi-mədəni abidə haqqında”Nərgiztəpə” adlı sənədli filmin çəkilməsi və bununla bağlı təbliğat işlərinin aparılması” layihəsi çərçivəsində eyniadlı sənədli film və bunula bağlı təbliğat işləriaparılması üzərində işləyir.
Nərgiztəpə sənədli filmində tanınmış alimlər, ekspertlər və ictimai xadimlər fikirlərini bölüşəcəklər.
“Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin sədri, layihənin rəhbəri Büllur Məmmədova bildirib ki, hazırlıq işləri artıq tamamlanıb, çəkiliş qrupu formalaşdırılıb və yaxın vaxtlarda sənədli filmdə iştirak edəcək respondentlərdən müsahibələrin alınmasına başlanacaq.